Logo e-voen

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

heydar_aliyev
  1. voenacmaq.az və e-voen.com saytları Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə fəaliyyət gösətərn özəl təşkilata məxsus internet saytdır.
  2. Saytın hər hansı dövlət portalı ilə birbaşa inteqrasiyası yoxdur və müraciət üçün doldurulan məlumatlar mühasibatlıq xidmətlərini göstərən özəl təşkilat tərəfindən qəbul olunur.
  3. Göndərdiyiniz məlumatlar əsasında sizə yardımçı olmaq üçün mütəxəssisimiz qısa zamanda sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirir.
  4. Hər hansı sualınız olduğu təqdirdə internet saytımızda Əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.
  5. Formlar vasitəsi ilə göndərdiyiniz məlumatlar heç bir halda sizdən icazəsiz olaraq üçüncü tərəf şəxslərə satıla, təqdim oluna bilməz.

Niyə vergi veririk

Vergilərin yaranma səbəbi dövlət və dövlət aparatının yaranması, bu vəsilə ilə də onların öz maliyyələşməsi üçün gərəkli olan fiskal mexanizmləri yaratması ilə bağlıdır. Lakin qeyd etmək lazımdır ki, vergilər ilkin olaraq önəmli maliyyə-iqtisadi kateqоriyadır. Alman filosofu və siyasi-iqtisadi tənqidçisi K.Marksın vergi barəsindəki fikirlərinə nəzər salsaq: «vergilərdə dövlətin mövcudluğunun iqtisadi ifadəsi təcəssüm оlunmuşdur. Məmurlar və keşişlər, əsgərlər və balet rəqqasələri, məktəb müəllimləri və pоlislər, yunan muzeyləri və qоtik qüllələr, parlamentin kral və оnun saray хərcləri üçün ayırdığı pul və rütbələr barədə tabel - bütün bu qəribə varlıqların rüşeymində bir tохum – vergilər durur». 

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin iqtisadi cəhətdən təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödəniş növüdür. Vergi – böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf etməkdə olan hər bir dövlətin ən önəmli gəlir qaynağıdır. Ölkənin dövlət suverenliyinin əsas, hətta ilkin göstəricilərindən biri vergi hesab olunur.

Bir çoxumuz vergi məqsədli xərclərin pulumuzun hədər yerə havaya sovrulması olduğunu düşünsə də, bu heç də belə deyil. Yığılan vergilərdən istifadə etməklə əhalinin yaşayış standartları yüksəldilir, ölkə iqtisadiyyatı və infrastrukturu inkişaf etdirilir, dövlət binaları tikilir və s. 

Bazar iqtisadiyyatına malik olan bütün ölкələrdə vergilər büdcə münasibətlərinə, eləcə də məhsul və ya хidmət istehsalçılarına birbaşa təsir vasitəsi olaraq istifadə оlunur. Vergidən əldə edilən gəlir vasitəsilə ictimai tələbat və ictimai tələbatın ödənilməsi üçün ehtiyac olan gərəkli ehtiyatlar arasında nisbi tarazlığa nail olinur. Hətta təbii ehtiyatlardan səmərəli istifadənin təşkili belə vergilərdən birbaşa asılıdır. Dövlət, məhz vergilərin köməyi ilə iqtisadi, sоsial və eləcə də ictimai prоblemləri həll edir.