Logo e-voen

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

heydar_aliyev
  1. voenacmaq.az və e-voen.com saytları Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə fəaliyyət gösətərn özəl təşkilata məxsus internet saytdır.
  2. Saytın hər hansı dövlət portalı ilə birbaşa inteqrasiyası yoxdur və müraciət üçün doldurulan məlumatlar mühasibatlıq xidmətlərini göstərən özəl təşkilat tərəfindən qəbul olunur.
  3. Göndərdiyiniz məlumatlar əsasında sizə yardımçı olmaq üçün mütəxəssisimiz qısa zamanda sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirir.
  4. Hər hansı sualınız olduğu təqdirdə internet saytımızda Əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.
  5. Formlar vasitəsi ilə göndərdiyiniz məlumatlar heç bir halda sizdən icazəsiz olaraq üçüncü tərəf şəxslərə satıla, təqdim oluna bilməz.

Vergi borcunu öyrən

Vergi borcunuz varmı? Əgər varsa nə qədərdir? Bilmirsiniz? Elə isə bu barədə necə məlumat ala biləcəyimizi gəlin birgə öyrənək!

Vergi borcumuzu bir neçə üsulla, çox asanlıqla öyrənməyiniz mümkündür, onları nəzərdən keçirək:

1-ci üsul: Veb sayt vasitəsilə

http://www.taxes.gov.az/modul.php?name=e-xidmetler&file=out&pid=79 ünvanına daxil oluruq və sadəcə VÖEN-i daxil etməklə vergi borcunu öyrənirik.

2-ci üsul: Çağrı Mərkəzinə zəng

195 Çağrı Mərkəzinə zəng edib, sonra "1" düyməsini seçirik, beləliklə də Vergilər Nazirliyinə qoşulmuş oluruq. Daha sonra öz VÖEN nömrəmizi yığaraq "#" (diyes) düyməsini seçirik. Bundan sonra siz cari tarixə olan vergi borcunuz haqqında informasiya əldə edəcəksiniz.

3-cü üsul: Vergi idarəsinə onlayn giriş etmək

Vergi ödəyicisi olan şəxs ona məxsus istifadəçi kodu/parol/şifrə və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə İnternet vergi idarəsinin (https://login.e-taxes.gov.az/login/) «E-bəyannamə, ƏDV-DH və ŞHV» bölməsinə daxil olur. Burada isə «Şəxsi Hesab Vərəqəsi» bölməsinə keçid edilir, «Məlumat axtar» alt-bölməsi köməyilə də vergi öhdəlikləri və borcları barədə məlumat alınır.

4-cü üsul: SMS göndərmə


Vergilər Nazirliyinin təşəbbüsü ilə «İkitərəfli SMS xidməti» xidməti təqdim olunur. Bu xidmətə qoşularaq (http://www.taxes.gov.az/195sms) vergi öhdəliklərimiz barədə 21 istiqamətdə, qısa mesaj (SMS) sorğusu göndərməklə isə 5 istiqamətdə məlumat əldə etmək mümkündür.

Xidmətdən istifadə etmək üçün sadəcə mobil telefonla *195*istifadəçi kodu*şifrə#yes (məsələn: *195*00000111*123456#yes) yığaraq qeydiyyatdan keçmək kifayətdir.
Abunəçisiniz? O zaman qeydiyyatdan keçmiş nömrədən START yazıb 8195 qısa nömrəsinə SMS göndərməklə vergi ödəyicisi SMS vasitəsilə 21 istiqamətdə vergi öhdəliyi barədə məlumat ala bilər.

Abunəçi deyilsiniz? Elə isə qeydiyyatdan keçmiş nömrədən 8195 nömrəsinə müvafiq rəqəmi göndərməklə aşağıdakılar barədə məlumat almaq mümkündür:

«1» - dövlət büdcəsinə vergi borcu haqqında;
«2» - təqdim olunmalı bəyannamələr haqqında;
«3» - fəaliyyətin aktivliyi və ya dayandırılması haqqında;
«4» - e-qutudakı yeni və ya oxunmuş məktublar haqqında və
«5» - qeydiyyata alınmış təsərrüfat subyektləri haqqında.