Logo e-voen

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

heydar_aliyev
  1. voenacmaq.az və e-voen.com saytları Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə fəaliyyət gösətərn özəl təşkilata məxsus internet saytdır.
  2. Saytın hər hansı dövlət portalı ilə birbaşa inteqrasiyası yoxdur və müraciət üçün doldurulan məlumatlar mühasibatlıq xidmətlərini göstərən özəl təşkilat tərəfindən qəbul olunur.
  3. Göndərdiyiniz məlumatlar əsasında sizə yardımçı olmaq üçün mütəxəssisimiz qısa zamanda sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirir.
  4. Hər hansı sualınız olduğu təqdirdə internet saytımızda Əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.
  5. Formlar vasitəsi ilə göndərdiyiniz məlumatlar heç bir halda sizdən icazəsiz olaraq üçüncü tərəf şəxslərə satıla, təqdim oluna bilməz.

Cari vergi ödəmələri

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, fərdi sahibkar və hüquqi şəxslər rübün bitməsindən 15 gün keçməməsi şərti ilə dövlət büdcəsinə cari ödəmələri həyata keçirməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisələr və təşkilatlar isə mənfəət vergisini yerli büdcəyə, yəni bələdiyyə büdcəsinə ödəyirlər. Bu zaman hər bir ödəmənin məbləği bir öncəki vergi ilində hesablanmış vergi məbləğinin ¼ hissəsindən ibarətdir.
 
Bu növ verginin hesablanması haqqında arayış hər rüb bitdikdən sonra növbəti ayın 15-dək gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən təqdim edilir. Arayışı təqdim etmək hüquqi, eləcə də vergi ödəyicisi sayılan fiziki şəxslərin öhdəliyidir.
 
Əgər vergi ödəyicisinin elektron kabineti varsa, bu zaman onlar cari vergi ödəmələrinin hesablanması haqqında arayış formasını onlayn şəkildə doldurub təqdim edə bilərlər. Bunun üçün onlayn kargüzarlıq bölməsindən yeni müraciət yaradaraq “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış”-ı seçməlidirlər. 

Digər bir hal isə vergi ödəyicisinin elektron kabinetinin olmadığı haldır ki, bu zaman müvafiq arayış kağız şəklində müəyyən müddət ərzində xidməti orqanlara təqdim edilməlidir. 
 
Cari vergi arayışlarının elektron qaydada təqdim edildikdə gücləndirilmiş “ASAN imza” tələb olunmur. Bu zaman elektron kabinetin istifadəçiləri olan şəxslər istifadəçi kodu/parol/şifrə ilə daxil olaraq müvafiq arayışı təqdim edə bilərlər.