Logo e-voen

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

heydar_aliyev
  1. voenacmaq.az və e-voen.com saytları Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə fəaliyyət gösətərn özəl təşkilata məxsus internet saytdır.
  2. Saytın hər hansı dövlət portalı ilə birbaşa inteqrasiyası yoxdur və müraciət üçün doldurulan məlumatlar mühasibatlıq xidmətlərini göstərən özəl təşkilat tərəfindən qəbul olunur.
  3. Göndərdiyiniz məlumatlar əsasında sizə yardımçı olmaq üçün mütəxəssisimiz qısa zamanda sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirir.
  4. Hər hansı sualınız olduğu təqdirdə internet saytımızda Əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.
  5. Formlar vasitəsi ilə göndərdiyiniz məlumatlar heç bir halda sizdən icazəsiz olaraq üçüncü tərəf şəxslərə satıla, təqdim oluna bilməz.

Elektron Vergi hesab-fakturasının qəbulu

 
Xidmətin məzmunu
 
Bu xidmət əlavə dəyər vergisi ödəyicisinin elektron vergi hesab-fakturasını tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları sistemə daxil etmək kimi əməliyyatların həyata keçirməsini əhatə edir.
 
Xidmətin həyata keçirilmə formaları
 
Elektron müraciət və nəticənin elektron təqdim edilməsi.
 
Xidmətin göstərilmə yeri
 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası.
 
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
 
Xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur - sənədin skan edilmiş surəti.
 
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
 
Vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud ödəniş sənədlərini təsdiq etməyə səlahiyyətli olan digər şəxs (şəxslər) onlara vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə, yaxud gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq e-VHF altsistemini seçir, elektron vergi hesab-fakturanı hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək göndərir.
Elektron xidmətin göstərilməsi zamanı istifadəçiyə Elektron vergi hesab-fakturasının tərtibi iki rejimdə (onlayn və oflayn ) təklif olunur.
Elektron vergi hesab-fakturası (e-VHF) altsistemi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı vasitəsilə elektron vergi hesab-fakturanı onlayn rejimdə tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən VHF barədə məlumatları daxil etmək, gücləndirilmiş elektron imzadan istifadə etməklə paketləmə aparmadan onları qarşı tərəfə göndərmək və s. kimi əməliyyatları yerinə yetirir.
Elektron Faktura Tərtibatı (e-FP) vasitəsilə oflayn rejmdə hazırlanmış paket formada olan elektron VHF-ləri sistemə yükləmək və gücləndirilmiş elektron imzadan istifadə etməklə göndərmək imkanına da malikdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyənləşdirilən, əlavə dəyər vergisi ödəyicisi olan və elektron sənəd mübadiləsi barədə müqaviləyə malik bütün vergi ödəyiciləri Faktura Tərtibatı Proqramına daxil olmaq üçün vergi ödəyicisinin istifadəçi kodu, parol və şifrəsi, yaxud gücləndirilmiş elektron imzası olmalıdır.