SAHİBKARLIQ FƏALİYYƏTİ
Sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar üçün gəlir) götürülməsi olan fəaliyyətdir. Bu fəaliyyət yalnız qanunla qadağan edilməyən sahələr üzrə həyata keçirilə bilər və sahibkarlar bu fəaliyyəti öz riskləri və təşəbbüsləri ilə reallaşdırırlar. Sahibkarlıq fəaliyyəti həm hüquqi, həm də fiziki şəxslər tərəfindən həyata keçirilə bilər və bu fəaliyyətin əsas məqsədi gəlir əldə etməkdir.
Sahibkarın hüquqları
Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:
istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;
dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək;
başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;
tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək;
işçiləri işə qəbul etmək və işdən azad etmək;
işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;
təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək;
öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;
pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;
sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası bağlaşmada müəyyən edilir;[9]
məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;
dövlət sosial təminatı sistemindən istifadə etmək;
könüllü sığorta növünü sərbəst surətdə seçmək;
hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər qurumların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət etmək;
xarici iqtisadi münasibətlərdə iştirak etmək;
valyuta əməliyyatları aparmaq;
ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki məqsədlərə, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;
həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.
Xüsusi razılıq (lisenziya) tələb edən sahibkarlıq fəaliyyəti
1. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısı və xüsusi razılıq (lisenziya) verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
2. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin öz ölkələrində müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün aldıqları xüsusi razılıqların (lisenziyaların) Azərbaycan Respublikasında tanınıb tanınmaması dövlətlərarası sazişlərlə müəyyən edilir.
Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasında şəhərsalma fəaliyyətini bu fəaliyyətə xüsusi razılığı (lisenziyası) olan Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi ilə müştərək həyata keçirirlər.
Qalan bütün hallarda həmin fəaliyyətlə məşğul olmaq üçün qanunvericiliyə müvafiq qaydada xüsusi razılıq (lisenziya) alınmalıdır.
3. Sahibkarlıq fəaliyyəti növlərinin xüsusiyyətlərindən asılı olaraq razılığın (lisenziyanın) verilmə müddətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
Müvafiq dövlət orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar bu məqsədlə ərizə və qanunvericiliyə müvafiq sənədlər təqdim edildikdən sonra 15 gün müddətində çıxarılır.
Xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilməlidir.
Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
4. Xüsusi razılıq (lisenziya) verilməsindən aşağıdakı hallarda imtina edilir:
a) xüsusi razılıq (lisenziya) verilməsi qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
b) ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
v) müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri şəraiti olmadıqda;
q) müəyyən ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etmiş ərizəçi, bu fəaliyyət növü ilə məşğul olmaq üçün mütəxəssislərin işə cəlb ediləcəyi nəzərdə tutulan hallarda isə həmin mütəxəssislər müvafiq ixtisasa malik olmadıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
5. Xüsusi razılığın (lisenziyanın) alınması üçün təqdim olunmuş sənədlərin qəbulu əsassız gecikdirildikdə, xüsusi razılıq (lisenziya) bu maddədə müəyyən edilmiş müddətdə verilmədikdə və ya sahibkar xüsusi razılığın (lisenziyanın) verilməsindən imtinanı əsassız hesab etdikdə, o, müvafiq mәhkәmәyә müraciət etmək hüququna malikdir.
Sahibkarın hüquqlarının pozulması faktını aşkar edən məhkəmə onun hüquqlarının bərpası, müvafiq hallarda isə sahibkara xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar çıxarır. Xüsusi razılıq (lisenziya) verən orqan məhkəmənin qərarmı aldığı vaxtdan etibarən üç gün müddətində qərarı icra etməlidir.
Eyni zamanda məhkəmə təqsirkar vəzifəli şəxsi qanunla nәzәrdә tutulan qaydada məsuliyyətə cəlb edə bilər.
Sahibkarlıq fəaliyyətinə xitam verilməsi üçün sahibkar qeydiyyat orqanına ərizə verməlidir. Bu proses, fəaliyyətin könüllü dayandırılması və ya ləğv edilməsi yolu ilə həyata keçirilir və bu zaman qanunvericilikdə nəzərdə tutulan qaydalara əməl etmək zəruridir. Fəaliyyətin dayandırılması zamanı bütün hüquqi və maliyyə öhdəlikləri yerinə yetirilməli, vergi və sosial ödənişlər borcları təmizlənməlidir.