Logo e-voen

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

heydar_aliyev
  1. voenacmaq.az və e-voen.com saytları Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə fəaliyyət gösətərn özəl təşkilata məxsus internet saytdır.
  2. Saytın hər hansı dövlət portalı ilə birbaşa inteqrasiyası yoxdur və müraciət üçün doldurulan məlumatlar mühasibatlıq xidmətlərini göstərən özəl təşkilat tərəfindən qəbul olunur.
  3. Göndərdiyiniz məlumatlar əsasında sizə yardımçı olmaq üçün mütəxəssisimiz qısa zamanda sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirir.
  4. Hər hansı sualınız olduğu təqdirdə internet saytımızda Əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.
  5. Formlar vasitəsi ilə göndərdiyiniz məlumatlar heç bir halda sizdən icazəsiz olaraq üçüncü tərəf şəxslərə satıla, təqdim oluna bilməz.

2026-CI İLDƏN ETİBARƏN VERGİ DƏYİŞİKLİYİ

2026 Vergi Dəyişikliyi – Sahibkarları Nə Gözləyir?

2026-cı ildən etibarən vergi və sosial sığorta sistemində böyük yeniliklər qüvvəyə minir. Bu dəyişikliklər həm biznes mühitini gücləndirməyi, həm də kölgə iqtisadiyyatını azaltmağı hədəfləyir.

Əsas yeniliklər:

  • Naxçıvanda 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azadolma.

  • İdxalda ƏDV güzəştlərinin genişləndirilməsi.

  • Nağdsız dövriyyənin artırılması.

  • Fərdi sahibkarlar üçün yeni sosial sığorta modeli.


Fərdi Sahibkarlar üçün Yeni MDSS Modeli

Yeni modelə əsasən fərdi sahibkarlar artıq dövriyyənin 2%-i qədər MDSS ödəyəcək.

Minimum – 60 AZN,
Maksimum – 400 AZN.

Bu dəyişiklik nə verir?

  • Sosial sığorta real gəlirə uyğunlaşdırılır.

  • DSMF-yə daha sabit daxilolma olacaq.

  • Regionlarda yük optimallaşır.

Risklər:

  • Azgəlirli sahibkarlar üçün yük yüksələ bilər.

  • Qeyri-formal fəaliyyət riski.


ƏDV və Aksiz Artımları – Qiymətlərdə Təsir

2026-cı ildə bəzi aksiz və vergi məbləğlərində artımlar planlaşdırılır.

Artımlar:

  • Alkoqollu içkilər

  • Energetik içkilər

  • Siqaret

  • Mobil cihaz aksizi 20 AZN

  • Kvadrisikllər

  • Köhnə avtomobillərin aksiz dərəcələri

Nəticə:
Məhsullar üzrə mərhələli bahalaşma ehtimalı var, amma kəskin gözlənilmir.


Kirayə Gəliri Vergisi Aşağı Salınır

Kirayə haqqı gəlirlərində vergi dərəcəsi 14%-dən 10%-ə endirilir.

Bu dəyişiklik rəsmi kirayə bazarını genişləndirmək məqsədi daşıyır.

Kimlər faydalanacaq:

  • Kirayə verənlər

  • Kirayə biznesi ilə məşğul olanlar

  • Rəsmi müqavilə bağlayanlar


Üfüqi Monitorinq – Vergi Yoxlamaları Azalır

Yeni sistem vergi ödəyicisi ilə vergi orqanları arasında şəffaf əməkdaşlıq yaradır.

Üstünlüklər:

  • Vergi yoxlamalarının azalması

  • Cərimələrin minimuma enməsi

  • Şəffaf idarəetmə

  • Uzunmüddətli sabitlik

Kim istifadə edəcək?

  • Orta və iri sahibkarlar

  • Avtomatlaşdırılmış uçot aparanlar