Logo e-voen

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!
Heydər Əliyev

heydar_aliyev
  1. voenacmaq.az və e-voen.com saytları Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə fəaliyyət gösətərn özəl təşkilata məxsus internet saytdır.
  2. Saytın hər hansı dövlət portalı ilə birbaşa inteqrasiyası yoxdur və müraciət üçün doldurulan məlumatlar mühasibatlıq xidmətlərini göstərən özəl təşkilat tərəfindən qəbul olunur.
  3. Göndərdiyiniz məlumatlar əsasında sizə yardımçı olmaq üçün mütəxəssisimiz qısa zamanda sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirir.
  4. Hər hansı sualınız olduğu təqdirdə internet saytımızda Əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.
  5. Formlar vasitəsi ilə göndərdiyiniz məlumatlar heç bir halda sizdən icazəsiz olaraq üçüncü tərəf şəxslərə satıla, təqdim oluna bilməz.

GƏLİR VERGİSİ ÜZRƏ MALİYYƏ SANKSİYALARI VƏ FAİZLƏR

Gəlir vergisindən yayınma, fiziki şəxslərin qazanc və gəlirlərini düzgün bəyan etməməsi və ya ümumiyyətlə bəyan etməməsi nəticəsində yaranan vergi pozuntusudur. Bu hallar əsasən aşağıdakı sahələrdə müşahidə olunur:
Vergidən yayınmanın əsas səbəbləri
Nağd satışların rəsmi uçotdan keçirilməməsi
Qeyri-qanuni fəaliyyət (qeydiyyətsiz sahibkarlıq)
Gəlirlərin az göstərilməsi və ya gizlədilməsi
İşçi sayının az göstərilməsi, əmək müqaviləsiz işçi işlətmək
Qaimə-faktura və digər sənədlərin düzgün tərtib edilməməsi
Elektron satışlarda (online) gəlirlərin bəyan edilməməsi
Real fəaliyyətlə göstərilən rəqəmlərin uyğun gəlməməsi
Vergidən yayınmanın nəticələri və maliyyə sanksiyaları
Qanunvericiliyə görə, gəlir vergisini vaxtında və tam şəkildə ödəməyən şəxslərə maliyyə sanksiyaları və inzibati cəzalar tətbiq olunur:

1. Maliyyə sanksiyaları
Gecikdirilmiş vergi məbləğinin 30%-i məbləğində cərimə
Gecikdirilmiş vergiyə görə gündəlik faiz hesablanması
Vergi məbləğinin 3 mislinədək əlavə cərimə (hallardan asılı olaraq)
Nümunə:
Əgər sahibkar 530 AZN vergi ödəməlidirsə, gecikdirdikdə və bəyan etmədikdə:
40 AZN maliyyə cəriməsi
Gecikmə günlərinə görə əlavə faizlər
Ümumi borc 570 AZN-dən çox ola bilər

2. İnzibati və cinayət məsuliyyəti
Vergidən yayınma ciddi hallarda aşağıdakı nəticələrə gətirə bilər:
İnzibati məsuliyyət:
30% – 70% arası cərimələr
Məyən müddətə fəaliyyətin dayandırılması
VÖEN-in ləğvi
Cinayət məsuliyyəti:
Əgər yayınma böyük məbləğdədirsə –
2-5 ilədək azadlıqdan məhrumetmə
Və ya daha böyük pul cəzaları (Cinayət Məcəlləsinin 213-cü maddəsi)
Vergidən yayınmaya qarşı dövlət tədbirləri
Onlayn satışların və nağdsız ödənişlərin genişləndirilməsi
Elektron qaimələrin tətbiqi
Kassa aparatlarının nəzarət mexanizmlərinin gücləndirilməsi
Vergi uçotunun rəqəmsallaşdırılması

Gəlir vergisindən yayınma həm sahibkarlıq mühitini pozur, həm də vergi ödəyicisinin özünə böyük maliyyə itkisi və cərimələr gətirir. Vergiləri düzgün və vaxtında ödəmək həm hüquqi təhlükəsizlik, həm də uzunmüddətli biznes sabitliyi üçün ən doğru yoldur.